Korporativ konfliktlərin həlli - Spiker Emin Kərimov

Korporativ konfliktlərin həlli - nizamnamənin effektiv hazırlanması və korporativ müqavilə (shareholders agreement)

Biznes münasibətlərində ortaqlar (şəriklər) arasında fikirayrılığı yaranmasını istisna etmək olmaz. Bəzən biznes məsələlər barədə fikir ayrılıqları biznesin maraqlarına uyğun danışıqlar yolu ilə həll olunmur və məsələ münaqişə formatına keçir. Nəticədə biznes fəaliyyəti və yatırılmış sərmayələr böyük risklərə məruz qalır, o cümlədən sahibkarların reputasiyasına mənfi təsir edir.
Bu cür risklərin qarşısının alınmasında şirkətin nizamnaməsi və iştirakçılar arasında korporativ müqavilə əhəmiyyətli rola malikdir. Birgə müəssisə, birgə fəaliyyət və digər ortaqlı/şərikli biznes layihələrində sahibkarların və korporativ hüquqşünasların bu sənədlərin hazırlanmasına xüsusi diqqət ayırmaları vacibidir.

22 Aprel tarixində, saat 14:30-da keçiriləcək Zoom onlayn görüşdə, Korporativ hüquq üzrə tanınmış hüquqşünas, Azərbaycan Korporativ (Şirkətlər) Hüququ kitabının müəllifi o cümlədən biznes hüququ sahəsində müxtəlif məqalələrin müəllifi və Blackgarden Investment & Corporate Advisory firmasının idarəedici partnyoru Emin Kərimov şirkət nizamnaməsinin və iştirakçılar arasında korporativ müqavilənin effektiv hazırlanması barədə danışacaq.

Spiker barədə məlumat:
Emin Kərimov korporativ investisiyalar və biznes layihələrdə böyük təcrübəyə malikdir, o cümlədən şirkətlərin birləşməsi və alınması (mergers and acquisitions), özəl investisiyalar (private equity), birgə fəaliyyət və ortaq biznes layihələrinin qurulması, korporativ vergi və maliyyə sahələrində geniş təcrübəyə sahibdir.
Emin Kərimov hüquq təhsilini Dövlət İdarəçilik Akademiyası, İngiltərə the College of England and Wales və ABŞ Minnesota Universitetindən alıb. O həmçinin London Business School və Harvard Business School-un Bizneslərin Yenidəntəşkili” proqramlarında təhsil almışdır.


Son dövrdə xidmət göstərdiyi iri layihələri:

  • Ukrayna mobil operatoru Vodafone Ukraine Azərbaycan şirkəti tərəfində satınalınması;
  • Vodafone Ukraine şirkətinin alışının maliyyələşdirməsi üçün JP Morgan və Raiffeisen Bank International beynəlxalq maliyyə institutlardan maliyyə vəsaitinin cəlb olunması;
  • 500mln ABŞ dollar miqdarında Avrobondların buraxılması;
  • Neft-qaz sahəsində Azərbaycan və xarici şirkətlər arasında birgə müəssisənin qurulması və birgə fəaliyyət (joint venture agreement) müqaviləsinin hazırlanması;
  • Azercell mobil operatorunun satışında satıcı tərəfin hüquq müşaviri;
  • İri istehsalat şirkətindən ayrılma yolu (spin-off) yeni törəmə şirkətin yaradılması və satışı;
  • Azərbaycan istehsalat şirkətinin biznes sahələrinin genişləndirilməsi üçün Qazaxstan və Ukraynada istehsalat şirkətlərinin satınalınması;
  • Şirkətlər qrupunun (15-dən çox şirkətlərdən ibarət) yenidəntəşkili və mərkəzləşdirilmiş holdinq idarəetmə strukturunun qurulması;
  • Azərbaycan neft şirkətinin xarici tərəfdaşı ilə iri məbləğli akkreditiv (UCP 600) ödəniş mexanizminin razılaşdırılması.

 

Onlyan tədbirə qatılmaq üçün aşağıdakı linklə keçərək qeydiyyat formasını doldurmağınız xahiş olunur: https://forms.gle/FSFZyQeQqXpz2Gad6

Onlayn tədbirə qatılmaq üçün Zoom link qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.