Holdinqin strukturlaşdırılması

Şəffaflığın artdığı bir mühitdə, korporativ idarəetmə qaydalarına riayət edilməməsi şirkətə hüquqi və nüfuz baxımından mənfi təsir göstərə bilər. Səhm bazarında səhm yerləşdirmiş şirkətlər  və maliyyə qurumları üçün komplayens pozuntuları daha risklidir və bu tip hallar biznesin uğurunda uzunmüddətli mənfi təsirlərini qoya bilər. Blackgarden, hər bir müştərinin risk və ehtiyaclarına diqqət yetirir:

  • Təşkilatın hüquqi quruluşunun, tərkibinin və komplaynsın qurulması
  • Rəhbər şəxslərin fəaliyyətinə aid risklərin qarşısının alınması
  • Şirkətlər üçün daxili qaydalar (Code of Conduct)
  • Monitorinq sistemi və qaydaları (komitələr, hesabat öhdəlikləri)
  • Əsas sektor hesabat tələbləri
  • İdarə heyəti mükafatlandırma (bonus) sistemi və qaydaları


Müəssisələr davamlı olaraq əməliyyat xərclərini və vergi xəclərini optimallaşdırmaq üçün həllər axtarırlar. Müəssisə quruluşu bu hədəflərə çatmağa kömək edə bilər. BlackGarden iş adamlarına və holdinqlərə xərclərin optimallarşdırılması və effektiliyin artırılması üçün hüquqi strukturun və biznesin əməliyyat modellərinin hazırlanmasında və tətbiq edilməsində kömək edir:

  • Bir neçə şirkət qrupu üçün holdinq idarəetmə vahidinin yaradılması
  • Qrup daxili maliyyə və vergi optimallaşdırılması
  • Qrup strukturlarının sadələşdirilməsi
  • Aktivlərin və iş vahidlərinin köçürülməsi
  • Hüquqi strukturların biznes modellərinə uyğunlaşdırılması
  • Korporativ idarəetmə və monitorinq sistemlərinin yaradılması (komitələr, hesabat öhdəlikləri)