FOKUS
İNKİŞAF
BÖYÜMƏ

HAQQIMIZDA

BlackGarden yerli və beynəlxalq biznes birləşmələri və qoşulmaları, sərmayelər, biznesin yenidən təşkil olunması, korporativ qanunvericilik və vergi sahələrində ixtisaslaşan və qlobal sərmaye cəmiyyətində geniş əlaqələrə malik olan konsaltinq firmasıdır.
BlackGarden firması investisiyalar və digər korporativ əqdlərdə böyük təcrübəyə malik olan peşəkarlar tərəfindən yaradılıbdır. Bizim təcrübəmiz ümumi korporativ hüquq məsələlərini, sərmayeləri, birləşmə və qoşulma, habelə iqtisadiyyatın müxtəlif sektorlarında kapitalın cəlb olunmasını və maliyyə restrukturizasiyasını əhatə edir.
Missiyamız sahibkarlara və şirkətlərin idarəetmə komandalarına onlara məxsus biznes layihələrinin uğurlu icrasına köməklik göstərməkdir. Biz gördüyümüz işi sevirik və müştərilərimizin biznes fəaliyyətindəki qəliz məsələlərinin effektiv və düzgün həlli, planlaşdırılması və hazırlaşması istiqamətində göstərdiyimiz dəstəyə görə məmnunuq.
Şirkətin satışı, satın alınması, yenidən təşkil olunması və ya ona sərmayenin qoyulması bütün səhmdarların, rəhbərlərin, işçilərin və onların ailələrinin həyatına təsir edə biləcək bir hadisədir. Çox vaxt bu, strateji alıcının və ya maliyyə tərəfdaşının axtarışını, təcrübəli investorlarla danışıqların aparılmasını və sövdələşmənin mümkün olan ən yaxşı şərtlərlə hazırlanmasını tələb edən mürəkkəb prosesdir. Komandamız çoxsaylı investisiya və satınalma layihələrini uğurla tamamlamışdır və müxtəlif industriyalardan olan müştərilərlə əməkdaşlıq ediblər.

 

Bizim Komandamız

Emin Kərimov, İdarəedici Partnyor
Emin on beş ildən artıq investisiya və korporativ konsaltinq sahəsində təcrübə ilə yanaşı hüquq və biznes üzrə təcrübəyə malikdir. O, beynəlxalq birləşmələr və qoşulmalar üzrə əməliyyatlar, özəl sərmayelər,  hüquq və vergi konsaltinqi, o cümlədən korporativ idarəetmə və komplayens məsələləri sahəsində müxtəlif yönlü təcrübəyə malik olan biznes məsləhətçisidir. Emin biznesin satışı və satınalınması, birgə müəssisələr və işgüzar ortaqlıq/şəriklik, biznesin yenidən təşkil olunması, holdinqlərin strukturlaşdırılması/restrukturizasiyası, korporativ hüquq və vergilər, həmçinin korporativ/kommersiya mübahisələri sahələrində ixtisaslaşır. ABŞ-ın Minnesota Universitetinin hüquq fakültəsini bitirib.

Emin Azərbaycan, türk, ingilis və rus dillərini bilir.

Yaxında cəlb olunduğu mühüm layihələr:

  • MTS (AFK Sistema) şirkətindən Vodafone Ukraine ASC üçün 100% səhmlərin satınalınması.
  • Vodafone Ukraine ASC-nin satınalınması üçün JP Morgan və Raiffeisen Bank International-dan LBO maliyyələşdirmənin təmin olunması
  • Vodafone Ukraine ASC tərəfindən 500 milyon ABŞ dolları avrobondların (LPN) buraxılışı
  • Azercell şirkətinin 100% səhmlərin satışının təşkili
  • Neft şirkətinə UCP 600 çərçivəsində xarici kontragentlə böyük transsərhəd akkreditivin təşkil olunmasında konsaltinq xidmətləri.
  • Şirkətlər qrupunun korporativ cəhətdən yenidən təşkil olunması yolu ilə şaquli istiqamətlənmiş holdinqin formalaşdırılması
  • İstehsalat xəttinin  əsas biznesdə ayrılmasını (şirkət qismində ayrılması) və satışı
  • Azərbaycan neft sahəsində xidmətlər göstərən şirkət üçün Qazaxıstan və Ukraynada oxşar şirkətlərin satınal ofislərinin və istehsalat xətlərin yaradılması.

Emin ilə əlaqə: [email protected]

Elçin Abdullayev, Partnyor

Təcrübəsi beynəlxalq biznes layihələrini, ABŞ, Avropa və Yaxın Şərqdə özəl sərmayelərlə bağlı birgə müəssisləri və razılaşmaları əlahət edən Elçin peşəkar sahibkar, investor və strateji biznes məsləhətçisidir. Elçin strateji konsaltinqdə, biznesin yenidən təşkil olunmasında,   şirkətlərin birləşmə və satınalınması, habelə StartUp-ların konsaltinqində təcrübəyə malik mütəxəssisdir. Onun həmçinin neft-qaz, istehsalat və kommersiya daşınmaz əmlakı sahələrində bilik və təcrübəsi vardır. Elçin biznesin strategiyası, biznesin yenidətəşkili sahələrində sahibkarlar və ailə biznesləri üçün məsləhətçi kimi çıxış edib. O, ABŞ-ın George Meyson Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin məzunudur.

Elçin Azərbaycan, türk, ingilis və rus dillərini bilir.

Yaxında cəlb olunduğu mühüm layihələr:

  • Mühəndis şirkətinin satınalınması və uğurlu yenidəntəşkili / 3 il ərzində satış və işçi heyətinin 10 qat artması.
  • Azərbaycanda müxtəlif yönlü şirkətlər qrupu üçün idarəedici şirkətin yaradılması.
  • Sənaye/kommersiya daşınmaz əmlak layihəsinin işlənib hazırlanması və idarə olunmasında konsaltinq.
  • Iri miqyaslı isyehsalat obyektinin sərbəst şirkət qismində ayrılması istiqamətində konsaltınq.
  • Satınalma vasitəsilə Azərbaycan neft sahəsində servis biznesi üçün Qazaxıstan və Ukrayna ofislərinin və istehsalat xətlərin yaradılması.
  • ABŞ-da problemli loqistika biznesinin satınalınması və uğurlu dövriyyəsi.
  • Neft və qaz satınalma biznesi üçün birgə müəssisənin yaradılması  və səhmlərin satışı vasitəsilə uğurlu çıxışı.

Elçin ilə əlaqə: [email protected]

 

 

Son Bloq yazıları

18 May

Venture Capital və Private Equity investisiya müqavilələrinin mexanizmləri

Venture Capital və Private Equity investisiya müqavilələrinin mexanizmlərinin Azərbaycanda tətbiqi
Ətraflı
16 Apr

Korporativ konfliklərin həlli - Spiker Emin Kərimov

Korporativ konfliklərin həlli - Spiker Emin Kərimov
Ətraflı
05 Mar

Bakcell completes purchase of Vodafone Ukraine

Azerbaijani mobile operator Bakcell – part of the Neqsol group – has completed the USD734 million takeover of Vodafone Ukraine from Russia’s Mobile TeleSystems (MTS)
Ətraflı

BİZİMLƏ ƏLAQƏ

Bizə yazın və ya qeyd edilmiş nömrədə bizə zəng edin.

Demirchi Tower, 19cu mərtəbə
Xocalı pr 37, Bakı, AZ1025
00994 (012) 408 04 74
© 2021 Bütün hüquqları qorunur.