Özəl Sərmayə (Private Equity)
Özəl Sərmayə (Private Equity)
Bugünkü qlobal biznes mühitində, genişləndirilmə, birləşdirilmə və özgəninkiləşdirilmə prosesləri investisiya yatırımların uğurlu və ya uğursuz olmasına gətirən hüquqi, vergi, normativ və digər məsələlərini ehtiva edir.
Özəl sərmayə (private equity) və vençur kapitalı (venture capital) innovativ iqtisadiyyatının artımının stimulaşdırılmasında mühum rol oynayır. Daha yaxşı, daha cəld, daha ağıllı – bu üç xüsusiyyət dünyada müxtəlif sahələri və bazarları ram edən qabaqcıl və inkişaf edən vençur investisiyalı şirkətlərin və startapların əsas mövqeyidir. Biz investisiya dövriyyəsinin bütün mərhələlərində iştirak edirik – sərmayə qoyuluşundan çıxışa qədər, o cümlədən kapital strukturunun bütün mərhələlərində - kapital qoyuluşu və borc maliyyələşdiriləmsində.
Biz özəl sərmayə (private equity) və vençur kapital (venture capital) investisiyalarına aid olan bütün məsələlər üzrə çox-ixtisaslı təcrübəli xidmətlər göstəririk. İnvestisiya alətlərinin yaradılması ilə əlaqədar həm sponsorları, həm investorları maraqlarını təmsil etdiyindən Blackgarden cari bazar şərtlərindən və tendensiyalardan məlumatlıdır. Biz müvafiq sahələrdə geniş təcrübəyə malik şirkət olaraq, ortaqlıq və məhdud məsuliyyətli cəmiyyətə aid hüquq və vergi xidmətlərimi göstəririk. Biz həm ailə bizneslərinə, şirkətlərə, həm fərdi investorlara xidmətlər göstərərək yerli və xarici bazarlarda özəl sərmayə (private equity), vençur kapital (venture capital) və digər investisiyaların qoyulmasında yüksək səviyyədə xidmətlər göstərmişik. Bizim heyətimizin xarici ölkələrdə investisiya layihələrində iştirak ediblər və təcrübə coğrafiyası Türkiyədə, Qazaxıstanda, Ukraynada, Özbəkistanda, Rusiyada, Böyük Britaniyada və ABŞ-da əhatə edir və həmin ölkə.
Özəl sərmayelərin layihəsinin hər mərhələsində biz aşağıdakı üsullarla müştərilərimizə onların məqsədlərinə çatmasına dəstək oluruq:
- Sponsor və institusional investorlar üçün fondların yaradılması
- Kapitalın cəlb olunmasında dəstək
- Fondlar üçün sərmayələr və maliyyələşdirmə danışıqların aparılması
- Portfel şirkəti üzrə razılaşmalara və digər məsələlərə dair konsaltinq
- İnvestorlar üçün çıxışların strukturlaşdırılması
- Gəlirləri daha az olan investisiyaların restrukturlaşdırılması