Biznes Alqı-Satqısı (M&A)

Biznesinizi satmaq və ya yeni biznesi almaq məqsədinizdən asılı olmayaraq, ixtisaslı M&A heyətimizlə daha çox uğur qazana biləcəksiniz.

Şirkətlərin birləşməsi, satınalması və satışı müvəffəqiyyətə aparan vacib amillərdir və bu proses sadəcə sövdələşmənin yekunlaşması bitmir. Şirkətlərin birləşməsi və satınalınması prosesləri məqsədlərin müəyyənləşdirilməsindən, onları mənimsəməkdən, biznesin inteqrasiyasından və inkişafından, böhranlardan çıxışın planlaşdırılmasından və potensial çıxış strategiyalarının hazırlanmasından başlaya bilər. Blackgardenin M&A konsaltinq xidməti korporativ dəyərin artırılmasına yönəlmiş şirkətlərin idarəetmə strategiyalarını dəstəkləyir. Biz birləşmə və satınalma ilə bağlı müxtəlif çətinliklərlə qarşılaşan bizneslərə xidmət göstəririk, habelə birləşmə və satınalmanın bütün aspektlərini əhatə edən məsləhətləşmələri təmin etmək üçün zəngin təcrübəmizi və özünü doğrultmuş biliklərimizi təqdim edirik.

Blackgarden birləşmə və satınlamanın hər mərhələsində biznesin özünü və onun digər məsləhətçilərinə dəstək göstərir. Bizim imkanlarımız alıcı tərəfdə və satıcı tərəfdə M&A məsələləri üzrə konsaltinq xidmətlərini, müfəssəl ekspertizanı (due diligence), mübahisələrin təhlilini, əməliyyatlar üzrə məsləhətləri, danışıqları, strukturlaşdırmanı, hüquqi və vergi məsələləri ilə bağlı məsləhətləşmələri əhatə edir.

Blackgarden yerli və xarici bazarlarda M&A layihələri üzrə ixtisaslaşır. Müştərilərimizə getdikcə mürəkkəb biznes dünyasında cəsarətli addımlar atmağa kömək etmək üçün korporativ liderlər və özəl investisiya (private equity) şirkətləri ilə əlaqələrimizi tətbiq etməyə çalışırıq. Təcrübəli sahibkarlar olaraq, hər bir müştəri ilə münasibətimizə maraq, dürüstlük, enerji və yeni yanaşma gətiririk. Və müştərilərimiz kimi, biz daimi olaraq iş başındayıq. Sövdələşmələrin bağlanmasında geniş təcrübəmizi müştərilərimizlə paylaşırıq ki, onlar bizneslərinin artımını sürətləndirə və tam şəkildə potensiallarını nümayiş edə bilsinlər.

Blackgarden fərdi investorlara, ailə bizneslərinə və şirkətlərə M&A sövdələşmələrin bütün mərhələləri üzrə xidmətlərini təqdim edir. M&A layihəsinə adətən strategiyanın hazırlanması, müvafiq tərəfdaşın seçilməsi, ekspertizanın (due diligence) aparılması və əqdin tamamlanması daxildir. Biznes alışından sonrakı inteqrasiya prosesi boyunca və ya satış prosesində biz xidmətlərimizi sizin əməliyyat ehtiyaclarınızına  uyğunlaşdırmağa çalışırıq, çünki bütün gördüyümüz işlər müştərilərimiz üçün dəyərləri yaratmaq məqsədi daşıyır.

Partnyor şəbəkəmiz vasitəsilə biz Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, Ukraynada, Böyük Britaniyada, ABŞ-da birgə fəaliyyət (joint venture) tərəfdaşlıqların qurumasına, bizneslərin satın alınmasında, satışında və ya təsisi edilməsində fərdi investorlara və şirkətlərə xidmətlər göstəririk.

Satan tərəf üçün konsaltinq xidmətləri

Biznesin və ya səhm nəzarət paketinin satışı sprint deyil, bir marafon. Bu proses fədakarlıq, dəqiqlik, intensivlik, səbir və çoxlu həcmdə iş tələb edir. Sövdələşmələrin aparılması təcrübəmiz, habelə strateji və maliyyə alıcıları ilə münasibətlərimiz, öz səhmlərini pula çevirməyə çalışan səhmdara, və ya qeyri-profil aktivləri qısa müddətdə satmağa çalışan şirkətə M&A üzrə yüksək səviyyəli xidmətlərini təqdim etmək imkanını yaradır.

Biz detallara böyük diqqət yetiririk və müvəffəqiyyətimizi müştərilərimizin müvəffəqiyyəti ilə ölçürük. Müştərilərimiz gündəlik əməliyyatlara diqqət yetirdiyi müddətdə biz M&A layihəsi üzrə əqdin marketinqinin aparılması, potensial alıcılarla müzakirələr aparılması, rəhbər şəxslərlə ilə ünsiyyət qurmağın asanlaşdırılması, ekspertizanın (due diligence) həyata keçirilməsi, strateji variantlara dair məsləhətlərin verilməsi, habelə danışıqların aparılması və əqdin yekunlaşdırılması kimi iri həcmli funksiyaları öz üzərimizə götürürük.

Alıcı tərəf üçün konsaltinq xidmətləri

Alıcı tərəfin məsləhətçisi kimi, biz biznes artımının sürətləndirilməsi üçün şirkətlərin alışını nəzərdən keçirən şirkətlərlə əməkdaşlıq edirik. Alıcı kimi çıxış edən bəzi müştərilərimiz yeni bazarlara və coğrafi bölgələrə çıxmağa çalışırlar, digərləri isə yeni texnologiyalar əldə etməyə və ya biznesin transformasiyasını sürətləndirməyə çalışırlar. Qlobal əlaqələr şəbəkəmiz vasitəsilə biz məqsədyönlü axtarış aparırıq, alış üçün potensial şirkətləri müəyyən edirik, alış üçün hədəf şirkətin dəyəri və üstünlükləri barədə obyektiv məsləhətlər veririk, həmçinin müştərilərimizin adından əqdin strukturu və şərtləri haqqında danışıqlar aparırıq. Maliyyələşdirilmə tələb olunduğu halda, biz satınalınacaq biznesin əlverişli maliyyələşdirilməsi üçün kapital bazar şəbəkəsinə müraciət edirik.


Satış və ya alış əqdləri adətən aşağıdakı mərhələlərdən ibarətdir:


MÜŞTƏRİNİN MƏQSƏDLƏRİNİ ANLAMAQ
Blackgarden komandası tam olaraq potensial strateji və maliyyə alternativlərini qiymətləndirmək və aydın  plan hazırlamaq üçün müştərimizin xüsusi vəziyyətlərini anlamaq üçün vaxtını ayırmağa və bütün səylərini göstərməyə hazırdır.

DƏYƏRLƏNDİRMƏ
Biz geniş biznes təhlili aparırıq, həmçinin sənaye tendensiyalarını və müxtəlif amilləri qiymətləndiririk ki, müştərilərimiz gözlədiyi ehtimal olunan dəyər barədə məlumatlı olsun.

MÜFƏSSƏL BİZNES TƏHLİLİ
Blackgarden vaxtını və resurslarını biznes və sənayenin incəliklərini anlamaq üçün həsr edir. Bu səylər  konkret alıcılara təqdim olunan və mühüm sayılan faktorların aşkar olunması üçün önəmlidir.

MARKETİNQ SƏNƏDLƏRİNİN İŞLƏNİB HAZIRLANMASI
Biznesin nəzərdən keçirilməsi ilə yanaşı Blackgarden biznesi əsaslı şəkildə təqdim edən təfsilatlı məlumat memorandumu hazırlayır.

POTENSİAL ALICILARIN MÜƏYYƏN EDİLMƏSİ
Konkret vəziyyətdən irəli gələrək Blackgarden uyğun strateji və maliyyə alıcılarını müəyyən etmək üçün geniş resurslardan istifadə edirik.

DANIŞIQLAR VƏ YEKUNLAŞDIRMA
Hər-hansı əqd prosesində peyda ola biləcək müxtəlif məsələlərin həllində Blackgarden heyətinin zəngin təcrübəsi vardır. Alıcı tərəf üçün dəyərin qorunması məqsədilə, habelə satınalma müqaviləsinin şərtlərinin ədalətli və məntiqli olmasını təmin etmək üçün biz bütün danışıqlar boyunca müştərilərimizin yanındayıq.